Bank Of Baku

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti Lənkəranda regional konfrans keçirib

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti Lənkəranda regional konfrans keçirib
# 09 avqust 2007 13:07 (UTC +04:00)
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) bu gün Lənkəranda “Özəl sektorun inkişafı proqramı” (PSOP) çərçivəsində kənd təsərrüfatı və turizmin inkişaf problemlərinə həsr olunmuş regional konfrans keçirib. APA-nın cənub bürosunun məlumatına görə, yerli turizm və kənd təsərrüfatı sektorunda çalışan iş adamlarının qatıldığı tədbirdə Lənkəran iqtisadi rayonu üzrə perspektiv məsələlərlə birgə, regionda turizm və kənd təsərrüfatının inkişafı, idarə, müəssisə və təşkilatların bu sahədəki imkanları müzakirə obyektinə çevrilib. Konfransda iştirak edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Almaniyanın Azərbaycandakı səfiri Per Stankina, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və GTZ-nin proqram meneceri Mixail Gerlix Azərbaycan-Almaniya iqtisadi əlaqələrindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış münbit şəraitdən, GTZ təşkilatının özəl sektorun inkişafı ilə bağlı həyata keçirdiyi layihələrdən danışıblar. Günün ikinci yarısında konfrans öz işini seminar və sektorlar üzrə dəyirmi masalarda davam etdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR