Bank Of Baku

Yanvar-iyun aylarında Naxçıvan MR Dövlət Əmək Müfəttişliyinə hüquqlarının qorunması ilə bağlı 23 müraciət daxil olub

Yanvar-iyun aylarında Naxçıvan MR Dövlət Əmək Müfəttişliyinə hüquqlarının qorunması ilə bağlı 23 müraciət daxil olub
# 09 avqust 2007 13:23 (UTC +04:00)
Yanvar-iyun aylarında Naxçıvan MR Dövlət Əmək Müfəttişliyinə hüquqlarının qorunması ilə bağlı 23 nəfər yazılı müraciət edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, daxil olan ərizələrin 7-si sənaye , 2-si idarəetmə orqanı, 2-si təhsil, elm və mədəniyyət, 1-i mənzil kommunal, 1-i səhiyyə, 10-u isə digər sahələrə aiddir. Naxçıvan MR Dövlət Əmək Müfəttişliyindən verilən məlumata görə, müraciət edənlərin 3-ü əmək haqqının hesablanması, 4-ü ödənişin yenidən hesablanması, 3-ü işə bərpa tələbi olub. Digər sahələri üzrə müraciətlər isə kənar şəxsin qulluğuna ehtiyacın olması, vərəsələrə çatası aylıq ödənc, sosial müavinətin yenidən hesablanması və digər məsələlərlə bağlıdır. Naxçıvan MR DƏM-dən bütün hallarda vətəndaşların tam olaraq hüquqlarının qorunduğu, daxil olmuş ərizələrin hamısının tam icra olunduğu bildirilir. Təşkilat ilk yarımildə Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yaradılmış birgə komissiya Naxçıvan şəhərində 468 obyektdə araşdırma aparıb. Bu zaman 203 yeni əmək müqaviləsinin bağlanılması təmin edilib ki, bu da minimum əmək haqlarının artımı, müəssisənin iş fəaliyyətinin mövsümi xarakter daşıması əlaqədar olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR