Bank Of Baku

Balakəndə cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib

Balakəndə cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 09 avqust 2007 16:13 (UTC +04:00)
Bu gün Balakən rayonunda cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Prezidentin İcra Aparatının məsul əməkdaşı Dəyanət Abdullayev, Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, təşkilat və müəssisələrin rəhbərləri iştirak edib. Müşavirədə Balakən RİH başçısı Asif Məmmədov 6 ayın yekunlarına dair geniş məruzə ilə çıxış edib. A. Məmmədov 2007-ci ilin birinci yarısında rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işlərinin geniş vüsət aldığını və yeni tikintilərə başlandığını diqqətə çatdırıb. O, həmçinin rayon əhalisinin elektrik enerjisinə olan təminatının yaxşılaşdığını və sayğaclaşma işinin cari ilin birinci yarısında başa çatdırıldığını vurğulayıb. Makroiqtisadi göstəricilərin 88,8% artdığını vurğulayan icra başçısı bu göstəricinin 35258,8 min manata çatdığını söyləyib. Kənd təsərrüfatı məhsulları ümumi daxili məhsulun 37,7% təşkil etməklə 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artaraq 13288,7 min manat təşkil etmişdir. Həmçinin hesabat dövründə rayonda 17371,7 min manatlıq tikinti işlərinin aparıldığını söyləyən A. Məmmədov bu rəqəmin 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 9,5 dəfə çox olduğunu bildirib. Müşavirədə bir sıra təşkilat və müəssisələrin rəhbərləri məruzə ətrafında çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR