Bank Of Baku

Azərbaycanda əhalinin siyahıya alınmasının keçirilməsi məqsədilə yaşayış məntəqələrinin sxematik planları hazırlanır

Azərbaycanda əhalinin siyahıya alınmasının keçirilməsi məqsədilə yaşayış məntəqələrinin sxematik planları hazırlanır
# 10 avqust 2007 11:46 (UTC +04:00)
Azərbaycanda 2009-cu ildə əhalinin siyahıya alınması üçün hazırlıq tədbirlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) yerli qurumları tərəfindən sxematik planlar hazırlanır. “APA-Economics”in bildirdiyinə görə, bu barədə avqustun 10-da DƏDRX-də keçirilən kollegiya iclasında Xidmət rəisinin müavini Qabil Ələsgərov məlumat verib.
Q.Ələsgərovun sözlərinə görə, bu məqsədlə 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 mln. manat vəsaitin Dövlət Statistika Komitəsi ilə birlikdə xərclənməsi istiqamətləri müəyyənləşdirilib. Sxematik planların hazırlanması məqsədi ilə nəzərdə tutulan 1,1 mln. manatı ərazi idarələrinə iş həcminə uyğun olaraq avans formasında ödənilib. Əhalisinin sayı 5 mindən çox olan 45 yaşayış məntəqəsinin sxematik planları elektron variantda və kağız üzərində hazırlanıb, ilkin baxış üçün Dövlət Statistika Komitəsinə təqdim edilib. Hazırda 50-dən artıq yaşayış məntəqəsinin sxematik planlarının hazırlanması prosesi başa çatmaq üzrədir. Respublikanın qalan 87 yaşayış məntəqəsinin sxematik planlarının hazırlanması məqsədi ilə 2008-ci ilin büdcə layihəsində 1 mln. 90 min manat vəsaitin nəzərdə tutulması məqsədi ilə layihə hazırlanıb və Maliyyə Nazirliyinə təqdim olunub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR