Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda işçilərin orta aylıq əmək haqqı son bir ildə 37,3%, rabitə sahəsində isə 39,3% artıb

Azərbaycanın nəqliyyat sektorunda işçilərin orta aylıq əmək haqqı son bir ildə 37,3%, rabitə sahəsində isə 39,3% artıb
# 10 avqust 2007 12:23 (UTC +04:00)
Cari ilin birinci yarısında Azərbaycanın nəqliyyat müəssisələrində muzdlu işçilərin sayı 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 224 nəfər artaraq 66 981 nəfər təşkil edib. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Onların 84,5%-i dövlət müəssisələrində, 15,5%-i özəl bölmədə fəaliyyət göstərirlər. İşçilərin 64%-i quru yol, 13,6%-i su, 5,3%-i hava nəqliyyatı və 17,1%-i işə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə çalışıb.
İşçilərin orta aylıq əmək haqqı 2006-ci ilin eyni dövrü ilə müqayisədə 37,3% artaraq 210,1 manat olub. Bu göstərici hava nəqliyyatında 486,9 manat, dəniz nəqliyyatında 357,1 manat, dəmir yolu nəqliyyatında isə 127,1 manat təşkil edib.
Rabitə müəssisələrində işləyənlərin sayı isə hesabat dövründə 6,1% çoxalaraq 21 598 nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 39,3% artaraq 295,8 manata çatıb. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 5,2 dəfə çox olub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR