Bank Of Baku

Lənkəranda əmək yarmarkası keçirilib

Lənkəranda əmək yarmarkası keçirilib
# 10 avqust 2007 12:39 (UTC +04:00)
Avqustun 10-da Lənkəran şəhərində növbəti əmək yarmarkası keçirilib. Bu barədə APA-nın cənub bürosuna rayon Məşğulluq Mərkəzinin direktoru Qağayı Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarmarkaya 20 dövlət, 27 qeyri-dövlət təşkilatı, 3 xarici şirkət və 5 fiziki şəxs tərəfindən 666 boş iş yeri çıxarılıb. Bunlardan 398-i fəhlə, 244-ü qulluqçu və 24-ü xidmət sahələri üzrə olub. Yarmarka zamanı 165 nəfərə özəl sektorda, 24 nəfərə peşə hazırlıq kursunda, 20 nəfərə ictimai işlərdə çalışmaqdan ötrü göndəriş verilib. Q. Məmmədov bildirib ki, yeni iş yerləri ilə təmin olunan şəxslərin aylıq əmək haqları 50 manatdan 230 manata kimi olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR