Bank Of Baku

7-ci və 8-ci mikrorayonlar arasında tikilən yeni metro stansiyasının ərazisində məskunlaşan məcburi köçkünlərin başqa yerə köçürülməsi ilə bağlı məsələyə avqustun 14-də baxıla bilər

7-ci və 8-ci mikrorayonlar arasında tikilən yeni metro stansiyasının ərazisində məskunlaşan məcburi köçkünlərin başqa yerə köçürülməsi ilə bağlı məsələyə avqustun 14-də baxıla bilər
# 10 avqust 2007 12:44 (UTC +04:00)
Bakı metrosunun 7-ci və 8-ci mikrorayonlar arasında tikilən yeni stansiyasının ərazisində məskunlaşan 6 məcburi köçkün ailəsinin başqa yerdə köçürülməsi ilə bağlı məsələyə avqustun 14-də baxıla bilər. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon şöbəsinin müdiri Əzizağa Məmmədov məlumat verib. Ə. Məmmədov bildirib ki, avqustun 14-də Binəqədi Rayon İcra Hakimiyyətində keçiriləcək müşavirədə bu məsələ də müzakirə ediləcək. Onun sözlərinə görə, müşavirədə həmin ərazidə məskunlaşan məcburi köçkünlərin probleminin həll məqsədilə müvafiq tapşırıqlar veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR