Bank Of Baku

Babək rayon Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina istifadəyə verilib

Babək rayon Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina istifadəyə verilib
# 11 avqust 2007 08:42 (UTC +04:00)
Babək rayon Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən binada Mədəniyyət və Turizm Şöbəsi ilə yanaşı, Mərkəzləşmiş Kitabxana Sistemi, rayon Mədəniyyət Evi və rayon Dövlət Arxivi fəaliyyət göstərəcək. Zirzəmi və 2 mərtəbədən ibarət binada 35-dən artıq iş otağı yaradılıb, kabinetlər mebel dəstləri ilə təchiz olunub. Layihəyə əsasən zirzəmi qatında rayon Dövlət Arxivi və Mərkəzləşmiş Kitabxana Sistemi, I və II mərtəbələrdə isə Mədəniyyət və Turizm Şöbəsi üçün iş otaqları, həmçinin 214 yerlik tamaşa zalı yerləşir. Zalda müasir akustika, Çin istehsalı olan kino aparatı quraşdırılıb. Açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR