Bank Of Baku

Xaçmaza elektrik enerjisinin verilməməsi rayonda su problemi də yaradıb

Xaçmaza elektrik enerjisinin verilməməsi rayonda su problemi də yaradıb
# 11 avqust 2007 09:01 (UTC +04:00)
Son üç gün ərzində Xaçmaz rayonunda elektrik enerjisi təchizatında problem yaranıb. APA-nın Şimal bürosunun məlumatına görə, rayon mərkəzinin böyük hissəsi və yaxın kəndlərə elektrik enerjisinin ötürülməsi dayandırılıb. Bunun nəticəsində Xaçmazın çoxmərtəbəli binalar yerləşən yaşayış massivlərində içməli su problemi də meydana çıxıb.
Xaçmaz Enerji Satışı və İstismarı İdarəsi bununla bağlı edilən müraciətlərə cavab verməyib. Rayon İcra Hakimiyyəti, eləcə də “Sumqayıtelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətindən (ASC) problemin nədən yaranmasını izah edə bilməyiblər. “Sumqayıtelektrikşəbəkə” ASC-dən APA-ya verilən məlumata görə, problemin yaranması ərazidə elektrik xətlərinin dəyişdirilməsi ilə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR