Bank Of Baku

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinə yeni texnikalar verilib

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinə yeni texnikalar verilib
# 11 avqust 2007 11:06 (UTC +04:00)
Nazirlikdən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, texnikaların hamısı Almaniyanın “Zingler” firmasının istehsalı olan “MAN” markalı yanğınsöndürən maşındır. Mühərrikləri 480, 390, 280, 180 at gücündə olan avtomobillər böyük həcmdə su tutumu ilə yanaşı, baş verən hadisənin qısa vaxtda aradaq qaldırılması imkanına malikdir. Nazirlikdən onu da bildiriblər ki, MR-ə yeni gətirilən texnikaların taktiki və texniki xüsusiyyətlərinin öyrənilməsi üçün əvvəlcədən Naxçıvan MR FHN DYTİ-nin əməkdaşları Bakıda yüksək ixtisaslı mütəxəssislərin keçdikləri kurslarda iştirak ediblər. Yeni texnikalardan operativ istifadə üçün digər əməkdaşlar üçün də DYTİ-də məşğələlər keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR