Bank Of Baku

Azərbaycanın Bərdə rayonunda mərkəzi bazarın satıcıları ilə yerli icra hakimiyyəti arasında narazılıq yaranıb

Azərbaycanın Bərdə rayonunda mərkəzi bazarın satıcıları ilə yerli icra hakimiyyəti arasında narazılıq yaranıb
# 13 avqust 2007 08:46 (UTC +04:00)
Azərbaycanın Bərdə rayonunda mərkəzi bazarın satıcıları ilə yerli icra hakimiyyəti arasında narazılıq yaranıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, icra orqanlarının hazırkı bazarda fəaliyyət göstərən mağazaları yeni inşa olunmuş ticarət mərkəzinə köçürmək istəyi etirazla səbəb olub. Satıcılar bu etirazlarını yeni ticarət obyektində onlara təklif olunan yerlərin kiçikliyi ilə əlaqələndiriblər. İndi eni 4 metr, uzunluğu 8 metr olan dükanı olan kiçik sahibkarlara yeni mərkəzdə cəmi 2 metrlik yer təklif olunub. Bunun bizneslərinə ciddi ziyan vuracağını düşünən sahibkarlar həm də yeni ticarət mərkəzinin yerinin əhali tərəfindən tanınmamasından narahatdırlar.
Bərdə Rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Zamanov APA-nın Qarabağ bürosuna bildirib ki, vətəndaşlarla icra strukturları arasında narazılığın yaranmasına maraqlı qüvvələr var. Onun sözlərinə görə, özünü onun adından satıcılara təqdim edən bir şəxs onları təhqir edib: “Mən bazara gəlib, satıcılarla söhbət etmək istədim. Özümü onlara təqdim edəndə, bəziləri qışqırıb, mənim Yaşar Zamanov olmadığımı və yalan söylədiyimi dedilər. Araşdırmalarım zamanı məlum oldu ki, başqa bir adam mənim adımdan ora gəlib və satıcılarla kobud danışıb, onları təhqir edib”. Şöbə müdirinin sözlərinə görə, bazarın köçürülməsində məqsəd hazırkı bazarın Tərtər çayının qurumuş hissəsində yerləşməsidir: “Çayda sahilbərkitmə işləri aparılır, bu da bazarda işləyən insanların taleyinə ciddi təhlükə törədir, həm də işin gedişinə mane olur”. Y. Zamanov onu da bildirib ki, yeni ticarət mərkəzində satıcılara təklif olunan yerlərin kiçik olması ilə bağlı məsələ araşdırılır: “Biz bu məsələni araşdıracağıq, hər bir dükan sahibinə burdakı dükanı ilə müvafiq yer veriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR