Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabulda ictimai dinləmələr keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabulda ictimai dinləmələr keçirib
# 14 avqust 2007 09:04 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabul rayonunda ictimai dinləmələr keçirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov məlumat verib. Onun dediyinə görə, avqustun 13-də Hacıqabulda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Neftçala, Salyan, Əli Bayramlı və Hacıqabul rayonları üçün “Ailədaxili münasibətlərdə mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin (uşaqların) formalaşmasında əhəmiyyəti” və “Uşaq hüquqları və uşaq problemləri istiqamətində beynəlxalq sənədlər, Azərbaycan hökumətinin qəbul etdiyi qanunlar, dövlət proqramları və real vəziyyət” mövzularında ictimai dinləmələrin regional görüşünü keçirib. Birinci mövzu üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, ikinci mövzu üzrə komitənin şöbə müdiri Gülnarə Məmmədova məruzə ilə çıxış ediblər. Tədbirin işində yetkinlik yaşına çatmayanlar üzrə komissiyaların sədrləri, Uşaq Parlamentinin üzvləri, bələdiyyələr, VVAQ şöbələrinin müdirləri, məhkəmələrin nümayəndələri, ailə problemləri ilə əlaqədar qurumların nümayəndələri və digərləri iştirak ediblər. Eyni zamanda tədbirdə bu mövzular ətrafında ictimaiyyəti maraqlandıran suallara cavab verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR