Bank Of Baku

“Gənc Liderlər” Uşaq Təşkilatı uşaqlara yanaşmasına görə, ən fəal və passiv qurumları və millət vəkillərini müəyyənləşdirib

“Gənc Liderlər” Uşaq Təşkilatı uşaqlara yanaşmasına görə, ən fəal və passiv qurumları və millət vəkillərini müəyyənləşdirib
# 14 avqust 2007 09:04 (UTC +04:00)
“Gənc Liderlər” Uşaq Təşkilatı bu ilin iyul ayı üçün apardığı monitorinq və mini-sorğuların nəticələrini açıqlayıb. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkillərindən Yaqub Mahmudov, Azay Quliyev, Fuad Muradov uşaq təşkilatlarına verdikləri dəstəyə, dövlət qurumlarından Təhsil Nazirliyinin və Ombudsman Aparatının mətbuat xidmətləri uşaqlara ən açıq dövlət orqanları olduqlarına, media qurumlarından isə Azəri-Press Agentliyi (APA), “Olaylar”, “Yeni Azərbaycan”, “Paritet”, “Şərq” qəzetləri və İctimai Televiziyanın xəbərlər xidməti qalib seçilib.
“Gənc Liderlər” Uşaq Təşkilatı ilk dəfə olaraq bundan sonra, ən passiv şəxsləri və dövlət qurumlarına da müəyyənləşdirəcək. Belə ki, iyun ayı üzrə millət vəkillərindən Aydın Abbasov, Gülər Əhmədova və Anar Məmmədxanlı, dövlət qurumlarından isə Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ən passiv şəxs və qurumlar seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR