Bank Of Baku

Azərbaycanlı gənclər Londonda Dünya Gənclər Gününü qeyd ediblər

Azərbaycanlı gənclər Londonda Dünya Gənclər Gününü qeyd ediblər
# 14 avqust 2007 10:28 (UTC +04:00)
Azərbaycanlı gənclər Londonda Dünya Gənclər Gününü qeyd ediblər. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Böyük Britaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər Dünya Gənclər Günü münasibətilə “St. James Park”da tədbir keçiriblər. Proqramda ilk öncə İngiltərədə məskunlaşmış gənc soydaşlarımızı sıralarında birləşdirən Azərbaycanlı Gənclər Klubunun son iki il ərzində həyata keçirdiyi fəaliyyət, gerçəkləşdirilmiş layihələr və gələcək planlar haqqında təqdimat keçirilib. Daha sonra isə Londonda açılması planlaşdırılan “Azərbaycan Evi”nin təmsilçiləri bu layihə haqqında məlumat veriblər. Daha sonra isə Azərbaycandan gəlmiş “İrəli” Gənclər Hərəkatının nümayəndəsi, 2006-cı ildə Azərbaycanda ilin gənci Səbuhi Rzayev çıxış edərək bir sıra təkliflər irəli sürüb. Toplantıda Londonda Azərbaycanlı Gənclər Klubu və “İrəli” Gənclər Hərəkatının yubiley tədbirlərinin birgə qeyd edilməsi barədə qərar qəbul eidlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR