Bank Of Baku

Dünya Bankı: “2025-ci ilədək Azərbaycanda əhalinin sayı 1,5 mln. nəfər artacaq”

Dünya Bankı: “2025-ci ilədək Azərbaycanda əhalinin sayı 1,5 mln. nəfər artacaq”
# 14 avqust 2007 12:43 (UTC +04:00)
Hesabatda qeyd olunub ki, 2025-ci ildədək keçmiş SSRİ respublikalarının əhalisi azalacaq və qocalacaq. DB ekspertlərinin fikrincə, yaxın 17 ildə Rusiyanın əhalisi 17,3 mln. nəfər, Ukraynada 11,8 mln., Belarusda 11,4 mln., Gürcüstanda 800 min, Litvada 400 min, Latviyada - 300 min, Moldovada 300 min, Qazaxıstanda - 300 min, Ermənistanda 200 min, Estoniyada isə 100 min nəfər azalacaq.
Bununla yanaşı, Özzbəkistan əhalisinin 9,3 mln. nəfər, Tacicikistanda 2,6 mln., Türkmənistanda 1,6 mln., Qırğızıstanda isə 1,3 mln. nəfər artacağı gözlənilir.
Hesabatda həmçinin qeyd olunub ki, 2025-ci ildə region ölkələrinin hər beşinci sakinin yaşı 65-dən yuxarı olacaq. Analitiklər hesab edirlər ki, ümumilikdə postsovet məkanında doğumun səviyyəsi azalır və orta ömür müddəti artır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR