Bank Of Baku

Yeni tikilən metro stansiyasının ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə torpaq sahəsi ayrılacaq

Yeni tikilən metro stansiyasının ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə torpaq sahəsi ayrılacaq
# 14 avqust 2007 14:19 (UTC +04:00)
“Bakı Metropoliteninin 7-ci və 8-ci mikrorayonlar arasında tikilən yeni stansiyasının ərazisində məskunlaşmış 6 məcburi köçkün ailəsinə ya Müşfiqabad qəsəbəsi, ya da rayonların birində torpaq sahəsi ayrılacaq”. Bunu APA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon şöbəsinin müdiri Əzizağa Məmmədov deyib. O bildirib ki, Binəqədi rayon İcra Hakimiyyəti bu məsələyə yaxın vaxtlarda baxacaq. Qaçqın ailələri isə yaşayış yeri ilə təmin olunmayana qədər həmin ərazidən çıxarılmayacaq.
Qeyd edək ki, Bakının 7-ci və 8-ci mikrorayonları arasında tikilən yeni metro stansiyasının ərazisində məskunlaşmış 17 məcburi köçkün ailəsinin 11-i Binəqədi rayonunda köçkün kimi qeydiyyatda olmadığından iyulun 21-də Müşfiqabad qəsəbəsinə köçürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR