Bank Of Baku

Naxçıvan MR Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Naxçıvan MR Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
# 15 avqust 2007 08:49 (UTC +04:00)
Naxçıvan MR Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib. APA-nın Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, müşavirədə nazirlik və idarəetmə orqanları rəhbərlərinin iştirakı ilə 2007-2008-ci il payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilib. Müşavirədə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ötən ildə bir sıra uğurların qazanıldığını deyib, uğurla həyata keçirilən enerji siyasətindən danışıb. Muxtar Respublikaya təbii qazın verilməsindən sonra elektrik enerjisinə tələbatın azaldığını, cari ilin yay aylarında MR-in elektrik enerjisinə olan tələbatın 50 MVt, qış aylarında 60-70 MVt gücündə olacağını deyən V. Talıbov Naxçıvan MR-in elektrik şəbəkəsinin 200 MVt gücündə enerjini paylaşdırmaq imkanına malik olduğunu bildirib. Bununla yanaşı, bir sıra nöqsanların olduğunu diqqət çatdıran Ali Məclis sədri bunların tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb. Müşavirədə həmçinin nazirlik və idarəetmə orqanları rəhbərlərinin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr ətrafında məruzələri dinlənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR