Bank Of Baku

Naxçıvan MR-də indiyədək 62 min mənzil qazlaşdırılıb

Naxçıvan MR-də indiyədək 62  min mənzil qazlaşdırılıb
# 15 avqust 2007 08:52 (UTC +04:00)
Naxçıvan MR-də indiyədək 62 min mənzil qazlaşdırılıb. “Naxçıvanqaz” MMC-dən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasının II mərhələsinə uyğun olaraq cari ilin 7 ayı ərzində 21 mindən çox mənzilə qaz xətti çəkilib. İlin sonunadək daha 10 min mənzilə qaz xətti çəkiləcək ki, tam olaraq III mərhələnin başa çatması ilə Naxçıvan MR-də 72 min mənzil qazlaşdırılmış olacaq. Hazırda 41 minə yaxın abonent mavi yanacaqdan istifadə edir. 76 kəndə təbii qazın verilməsi təmin edilib. 80-ə yaxın kənddə isə qaz-tikinti işləri aparılır. Qaz təminatı ilə yanaşı, abonentlər mətbəx sobaları və qaz sayğacları ilə təmin olunurlar. Qeyd edək ki, Naxçıvan MR-in tam qazlaşdırılması 3 mərhələdə həyata keçirilir. I mərhələdə şəhər və rayon mərkəzləri, II mərhələdə qaz xətti mövcud olan ərazilər qazlaşdırılıb. Layihəyə əsasən, prosesin III mərhələsi regionun əvvəllər də qazlaşdırılmayan məntəqələrində baş tutacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR