Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Bakı, Zaqatala və Balakəndəki baytar apteklərində reyd keçirib

Dövlət Baytarlıq Xidməti Bakı, Zaqatala və Balakəndəki baytar apteklərində reyd keçirib
# 15 avqust 2007 15:01 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri Bakı, Zaqatala və Balakəndə fəaliyyət göstərən baytar apteklərində reyd keçiriblər. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, reydin məqsədi qeydiyyatdan keçməyən, normativ-texniki tələblərə cavab verməyən, saxta, vaxtı keçmiş, saxlanma qaydalarına riayət olunmayan, satışı qanunla yasaqlanmış, kustar üsulla qablaşdırılan dərmanların satışını araşdırmaqdır. Reyd zamanı heyvandarlıqda tətbiq edilən 80 adda dərman preparatının apteklərdə qanunsuz satıldığı müəyyənləşdirilib. Həmin dərmanlar zərərsizləşdirilmək üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Apteklərdən müsadirə olunan dərmanlar Rusiya, Hindistan, Hollandiya, Polşa və Türkiyə də daxil olmaqla, 11 ölkədə istehsal olunub. DBX analoji tədbirləri digər bölgələrdə də həyata keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR