Bank Of Baku

Gəncədə Məşğulluq Xidməti Orqanları tərəfindən görülmüş işlərlə bağlı zona seminar-müşavirə keçirilib

Gəncədə Məşğulluq Xidməti Orqanları tərəfindən görülmüş işlərlə bağlı zona seminar-müşavirə keçirilib
# 16 avqust 2007 11:10 (UTC +04:00)
Bu gün Gəncə şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının icrasının təmin etmək eləcədə bu ilin birici yarımilliyi ərzində Məşxulluq Xidməti Orqanları tərəfindən görülmüş işlər və qarşıda duran işlərin icrasına həsr olunmuş zona seminar-müşavirə keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli,Baş Məşğulluq İdarəsinin rəis müavini Xaliq İlyasov və respublikanın əksər şəhər və rayonlarının Məşğulluq İdarələrinin rəisləri iştirak edib. Tədbiri giriş sözü ilə Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli açaraq, tədbir iştirakçılarını salamlayıb. Bundan sonra Baş Məşğulluq İdarəsinin rəis müavini Xaliq İlyasov 2007-ci ilin birinci yarımilində Məşğulluq Xidməti Orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb. Tədbirin gedişatında Azərbaycan prezidentinin imzaladığı 2007-2010-cu illəri əhatə edən Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr, rayon məşğulluq mərkəzlərində “Ərazi Məşğulluq proramı”-nın hazırlanması və icra vəziyyəti mövzularında müzakirələr aparılıb./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR