Bank Of Baku

Bu ilin 6 ayı ərzində 12 mindən çox şəxs işlə təmin olunub

Bu ilin 6 ayı ərzində 12 mindən çox şəxs işlə təmin olunub
# 16 avqust 2007 11:12 (UTC +04:00)
“Bu ilin 6 ayı ərzində biz 12 mindən çox əhalini işlə təmin etmişik. Bunlardan 1644 nəfəri bizim keçirdiyimiz əmək yarmarkaları vasitəsi ilə işlə təmin olunub”. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu sözləri Gəncədə bu ilin birici yarımilliyi ərzində Məşğulluq Xidməti Orqanları tərəfindən görülmüş işlər və qarşıda duran işlərin icrasına həsr olunmuş Zona seminar-müşavirəsində iştirak edən Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib. Onun sözlərinə görə, bu ilin əvvəlində Azərbaycanın şəhər və rayonlarında 18 əmək yarmarkası keçirilib. Keçirilən bu yarmarkalarda 1644 nəfər işlə təmin olunub.
Azərbaycan prezidentinin imzladığı Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proramından danışan A. Bədəlbəyli proqram üzrə bir sıra məsələlərin gündəmdə olduğunu bildirib: “Bu Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramıdır. Burada həm hüquqi cəhətdən bizim qanunlara düzəliş, Sığorta siteminin təkmilləşdirilməsi, Əmək bazarının öyrənilməsi, təhlili, analizi və təkmilləşdirilməsi, Rayon Məşğulluq Mərkəzlərində hər il hazırlanan Ərazi Məşğuluq Proqramlarında gözləniləcək işsizlərin sayı, onların peşə hazırlığı, ixtisas artırması, ictimai işlərə cəlb olunması, müavinətlərin verilməsi Ərazi Məşğulluq Proqramlarında nəzərdə tutulub. Həmçinin bu proqramların düzgün, yüksək səviyyədə işlənməsi barədə bir sıra tədbirlər Dövlət Proqramında öz əksini tapıb”.
A. Bədəlbəylinin sözlərinə görə, bu ilin 6 ayı ərzində respublikanın Qərb bölgəsində 6000 mindən artıq vətəndaş işlə təmin olunub.
Hal-hazırda isə respublika üzrə ümumilikdə 53 mindən artıq iş axtaran vətəndaş Məşğulluq Mərkəzlərində qeydiyyatdan keçib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR