Bank Of Baku

Müəllimlərin əmək haqlarının və tələbələrin təqaüdlərin artırılması üçün müvafiq qurumlara göstərişlər verilib

Müəllimlərin əmək haqlarının və tələbələrin təqaüdlərin artırılması üçün müvafiq qurumlara göstərişlər verilib
# 16 avqust 2007 12:01 (UTC +04:00)
“Müəllimlərin əmək haqlarının və tələbələrin təqaüdlərin artırılması üçün müvafiq qurumlara göstərişlər verilib və hazırda onlar hazırlıq işləri ilə məşğuldurlar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir dövlət başçısı İlham Əliyevin müəllimlərin əmək haqlarının və tələbələrin təqaüdlərin artırılması məsələsini daim diqqət mərkəzində saxladığını da söyləyib: “Əminəm ki, Azərbaycanın maliyyə vəziyyəti imkanı verən kimi bu barədə qərar qəbul ediləcək”. M. Mərdanov ali məktəblərə qəbul imtahanlarının nəticələrinə də münasibətini açıqlayıb. Nəticələri çox yüksək qiymətləndirdiyini söyləyən nazir bu il yüksək bal toplayanların sayının artdığını qeyd edib: “Bu il 15 ildə ilk dəfə olaraq 3 nəfər 700 bal toplayıb. Biz buna sevinirik. Eyni zamanda ali məktəblərə qəbul olunmaq üçün sənəd verənlərin 78%-i 300-dən, 19%-i 500-dən yuxarı bal toplayıb. 600 bal toplayanların da sayı əvvəlki illərlə müqayisədə çoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR