Bank Of Baku

Avqustun 23-24-də Bakıda region ölkələrində kasetli silahlar problemlərinin monitorinqinə həsr olunmuş seminar keçiriləcək

Avqustun 23-24-də Bakıda region ölkələrində kasetli silahlar problemlərinin monitorinqinə həsr olunmuş seminar keçiriləcək
# 16 avqust 2007 15:49 (UTC +04:00)
Avqustun 23-24-də Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi və Norveç Krallığının Azərbaycandakı səfirliyinin Avrasiya Fondu vasitəsilə maliyyələşdirdiyi “Azərbaycan ərazisində kasetli silahların monitorinqinin və informasiya kampaniyasının aparılması” layihəsi çərçivəsində Bakıda region ölkələrində (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qırğızıstan və Tacikistan) kasetli silahlar problemlərinin monitorinqinə həsr olunmuş seminar keçiriləcək. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda (PƏMQOU) Beynəlxalq Kampaniyanın direktoru Hafiz Səfixanovun APA-ya verdiyi məlumata görə, bu seminar regionda ilk dəfə təşkil edilir. Seminarda bu ölkələrdən olan nümayəndələrdən başqa, PƏMQOU BK, Beynəlxalq Əlillər Təşkilatı Belçika və “Human Rights Watch” təşkilatlarının ekspertləri də iştirak edəcək. Seminar iştirakçılarının dövlət və hökumət orqanlarında, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərində görüşlər keçirməsi planlaşdırılır. Avqustun 24-də isə KİV nümayəndələri üçün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR