Bank Of Baku

Azərbaycanın mərkəzi rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün “Layihə dövrünün idarə edilməsi” mövzusunda təlim keçirilib

Azərbaycanın mərkəzi rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün “Layihə dövrünün idarə edilməsi” mövzusunda təlim keçirilib
# 16 avqust 2007 15:52 (UTC +04:00)
“Aran” Humanitar Regional İnkişaf Təşkilatı avqustun 14-16-da Azərbaycanın mərkəzi rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün “Layihə dövrünün idarə edilməsi” mövzusunda təlim təşkil edib. Bu barədə APA-nın Qarabağ bürosuna “Aran” Humanitar Regional İnkişaf Təşkilatından məlumat verilib. Təlimlərdə 6 rayondan 20 QHT nümayəndəsi iştirak edib. “Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimin məqsədi regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin layihə yazılışı ilə bərabər layihə dövrünün idarə olunması barədə bilik və bacarıqlarını artırmaq olub. Təlim zamanı iştirakçılarla vəziyyətin, problemlərin, maraqlı tərəflərin, məqsədlərin, strategiyaların təhlili barədə müzakirələr aparılıb, onlara fəaliyyət planının və layihə büdcəsinin necə tərtib olunması, layihənin məntiqi matrisası mövzularına dair məlumatlar verilib. Təlimin nəticəsi olaraq aran rayonlarında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının bundan sonra hədəf qrupun real ehtiyaclarına yönəlmiş və düzgün planlaşdırılmış layihə təklifləri hazırlaması gözlənilir. Qeyd edək ki, Vətəndaş Cəmiyyəti Layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən 5 illik layihədir. Layihə “Counterpart İnternational” və onun partnyorları - Urban İnstitutu və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz Tərəfindən həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR