Bank Of Baku

Azərbaycanın sosial müdafiə sahəsində çalışan mütəxəssislər Finlandiyada təlim səfərində olacaq

Azərbaycanın sosial müdafiə sahəsində çalışan mütəxəssislər Finlandiyada təlim səfərində olacaq
# 17 avqust 2007 10:48 (UTC +04:00)
Avqustun 16-dan 26-dək Avropa İttifaqının TACİS Proqramının “Azərbaycanda sosial müdafiə sisteminin islahatı Layihəsi” çərçivəsində sosial müdafiə sahəsində çalışan mütəxəssislərin iş təcrübələri və bacarıqlarının artırılması məqsədilə Finlandiyaya təlim səfəri təşkil ediləcək. Bu barədə “APA-Economics”ə layihənin ictimaiyyətlə əlaqələr üzrə eksperti Elnur Kələntərov məlumat verib.
E.Kələntərovun sözlərinə görə, təlimlərdə layihənin 4 eksperti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundan 10 nəfər iştirak edəcək. Təlim müddətində nazirliyin işçi heyəti Finlandiyanın sosial yardım sistemi ilə tanış olacaq, eyni zamanda Finlandiyanın Səhiyyə və Sosial İşlər Nazirliyində, Helsinki və Tampere şəhər şuralarında, yerli sosial müdafiə mərkəzlərində, Sosial Müdafiə və Səhiyyə Tədqiqatları üzrə Milli İnstitutda görüşlər keçirəcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR