Bank Of Baku

Naxçıvan MR-də təhsil yarmarkası keçiriləcək

Naxçıvan MR-də təhsil yarmarkası keçiriləcək
# 17 avqust 2007 14:11 (UTC +04:00)
Naxçıvanda təhsil yarmarkası keçiriləcək. Naxçıvan MR Məşğulluq İdarəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, bu bölgələrdə pedaqoji kadrlara olan tələbatı ödəmək məqsədi daşıyır. Təhsil yarmarkasının sentyabrın əvvəllərində keçirilməsi nəzərdə tutulur ki, bu məqsədlə şəhər və rayon təhsil şöbələri tərəfindən orta məktəblərdə vakant yerlərlə bağlı məlumatların toplanmasına başlanıb. Məşğulluq İdarəsindən onu da əlavə ediblər ki, artıq Şahbuz rayon Təhsil Şöbəsi pedaqoji kadrlara olan ehtiyac haqqında məlumatı təqdim edib. Belə ki, növbəti tədris ili üçün Şahbuz rayonunun qəsəbə və kəndlərinin 23 məktəbi üçün 74 müəllim tələb olunur. Müəllimə ən çox ehtiyac duyulan kənd Ermənistanla sərhəd bölgədə yerləşən Şada kəndidir. İxtisaslar üzrə isə Gənc Çağırışçıların Hərbi Hazırlığı və xarici dil fənn müəllimlərinə daha çox ehtiyac var. Qeyd edək ki, vakant yerlər barədə məlumatlar yerli KİV-də də təqdim olunur. Sentyabr ayında keçiriləcək təhsil yarmarkasına müraciət edənlərə müəyyən güzəştlərlə kəndlərdə pedaqoji fəaliyyətinə imkan yaradılacaq. Naxçıvan MR-də təhsil yarmarkası sonuncu dəfə ötən ilin avqust ayında təşkil olunub. Həmin vaxt 70-ə qədər gənc kadr müxtəlif bölgələrdə kənd məktəblərinə əmək fəaliyyətinə göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR