Bank Of Baku

Avqustun 31-də "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışmanın açılışı olacaq

Avqustun 31-də "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışmanın açılışı olacaq
# 20 avqust 2007 14:13 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda Bakıda keçiriləcək yarışmanın vaxtı müəyyənləşdirilib. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev məlumat verib. O bildirib ki, yarışmanın açılışı avqustun 31-də olacaq. İntellektual oyunda 20-dən çox ölkənin komandası iştirak edəcək. Hər komandada 6 iştirakçı olacaq. Yarışmaya qatılacaq Azərbaycan komandasının üzvləri “Atəşgah” Bakı Bilicilər Klubu tərəfindən seçiləcək. Ölkəmizi yarışmada avqustun 25-də Azərbaycan üzrə keçiriləcək çempionatın qalibi təmsil edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR