Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu il 76 müraciət əsasında itkin düşən şəxsləri və sənədləri axtarıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu il  76 müraciət əsasında itkin düşən şəxsləri və sənədləri axtarıb
# 21 avqust 2007 09:30 (UTC +04:00)
Cəmiyyətin axtarış xidmətinin rəhbəri Afət Mirzəzadə APA-ya bildirib ki, müraciətlərin 57-i axtarışların Azərbaycanın daxilində aparılmasını istəyib. Həmin müraciətlərin 35-i miqrasiyaya dair, 4-ü II Dünya Müharibəsi zamanı itkin düşənlərin, 8-i münaqişə, 1-i II Dünya Müharibəsinə dair sənədlərin axtarışı, 1-i alimentin ödənilməsi üçün axtarışın aparılması ilə bağlıdır. Ötən ilki müraciətlərin 34-ü isə xarici ölkələrdən AQAC-a daxil olub. Onların 22-i miqrasiyaya dair, 8-i II Dünya Müharibəsi zamanı, 1-i münaqişə nəticəsində itkin düşənlərin axtarışı, 2-i münaqişəyə dair sənədlərin axtarışı ilə bağlı olub. Bu il ərzində 118 axtarış yekunlaşıb. Həmin axtarışların 52-ı Azərbaycan daxilində aparılıb. Onlardan miqrasiyaya nəticəsində itkin düşənlərin 17-nin axtarışı mənfi, 18-i müsbət, münaqişə nəticəsində itkin düşənlərin 2-nin axtarışı mənfi, münaqişəyə dair 10 sənədin axtarışı mənfi, II Dünya Müharibəsi zamanı itkin düşən 3 nəfərin axtarışı mənfi nəticələnib. Xaricdə isə AQAÇ 66 axtarışı yekunlaşdırıb. Bu axtarışların nəticəsində miqrasiyaya zamanı itkin düşənlərdən 13 nəfər tapılıb, 34 nəfərdən heç bir məlumat əldə edilməyib. II Dünya Müharibəsi zamanı itkin düşən 1 nəfərin axtarışı səmərəsiz olub, 6 itkin tapılıb. II Dünya Müharibəsinə dair sənədlərin 3-nün axtarışı mənfi, münaqişə ilə bağlı 8 sənədin axtarışı müsbət, alimentin bərpasına dair müraciətlərin 1-i mənfi həll edilib. Axtarış həyata keçirilən zaman AQAC Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Nazirlər Kabineti nəzdində Dövlət Arxivi İdarəsi ilə əməkdaşlıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR