Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Azərbaycanda vəhşi heyvanların vaksinasiyasını nəzərdə tutan ilk proqram hazırlayır

Dövlət Baytarlıq Xidməti Azərbaycanda vəhşi heyvanların vaksinasiyasını nəzərdə tutan ilk proqram hazırlayır
# 21 avqust 2007 10:25 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycanda vəhşi heyvanların törətdiyi xəstəliklərinin qarşısını almaq üçün yeni proqram hazırlamağa başlayıb. Bu barədə APA-ya məlumat verən Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib ki, proqramın hazırlanması son vaxtlar vəhşi heyvanların törətdiyi təhlükələrin sayının artması zərurətindən yaranıb. Y.Xanvəlinin sözlərinə görə, belə proqram Azərbaycanda ilk dəfədir ki, hazırlanır. Vəhşi heyvanların vaksinasiyasını nəzərdə tutan proqramın dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına reallaşdırılması planlaşdırılır. Proqram hazırlandıqdan sonra hökumətə təqdim ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR