Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunda yazıçı, rəssam və bəstəkarlar üçün istirahət evləri tikiləcək

Azərbaycanın Dəvəçi rayonunda yazıçı, rəssam və bəstəkarlar üçün istirahət evləri tikiləcək
# 21 avqust 2007 12:06 (UTC +04:00)
Artıq bu məqsədlə Dəvəçinin gözəl məkanlarından birində yer ayrılıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib. Onun bildirdiyinə görə, yaradıcılıq və istirahət evinin tikintisi üçün böyük ərazi ayrılıb. Burda yazıçılarla yanaşı bəstəkar və rəssamlar üçün də yaradıcılıq evləri tikilməsi nəzərdə tutulub. Yaradıcılıq evlərində bir dəfəyə təxminən yüz yaradıcı insanın dincəlməsi mümkün olacaq. F. Qoca bildirib ki, bu yaradıcılıq evlərinin gələn il iyunun 1-ə qədər təhvil veriləcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR