Bank Of Baku

Azərbaycanın Astara rayonunda inəkdə quduzluq xəstəliyi aşkarlanıb

Azərbaycanın Astara rayonunda inəkdə quduzluq xəstəliyi aşkarlanıb
# 21 avqust 2007 12:25 (UTC +04:00)
Baytarlıq İdarəsinin mütəxəssisləri heyvandan müayinə üçün nümunə götürərək, Respublika Baytarlıq Laboratoriyasına göndəriblər. Dünən müayinənin cavabı alınıb və N. Ələkbərovun inəyinin quduzluq xəstəliyinə tutulduğu aşkarlanıb. N. Ələkbərovun həyat yoldaşı Nəcibə Muradova və qonşuları Vəqqas İrşadov həkim nəzarətinə götürülüblər. Baytarlıq İdarəsinin rəisi Mübariz Axundovun sözlərinə görə, bu şəxslərdə quduzluq əlamətləri qeydə alınmasa da, onların üzərində lazım olan profilaktik tədbirlər həyata keçirilib. Quduzluq faktı rayonun icra strukturlarının da diqqətini cəlb edib. Rayonun icra başçısı Mahir Quliyevin sədrliyi ilə operativ müşavirə keçirilib və rayonun ərazisində olan sahibsiz itlərin məhv edilməsi barədə tapşırıq verilib.
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə APA-ya deyib ki, inəkdə quduzluq xəstəliyinin olması ilkin mikroskopik müayinə zamanı təsdiqlənib. Son ekspertizanın rəyi isə bioloji sınaqdan sonra açıqlanacaq. Y. Xanvəlinin sözlərinə görə, meşəyə buraxılan inək elə orada vəhşi heyvanlar tərəfindən dişlənilib və bununla da xəstəliyə yoluxub. Hazırda kənddə xəstəliklə bağlı vəziyyət sabit olsa da, DBX buradakı bütün iri və xırda buynuzlu heyvanların vaksinasiyanı aparmağı nəzərdə tutur./APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR