Bank Of Baku

Misir Mərdanov kompüter şirkətlərinin rəhbərləri ilə görüşüb

Misir Mərdanov kompüter şirkətlərinin rəhbərləri ilə görüşüb
# 21 avqust 2007 13:21 (UTC +04:00)
Bu gün təhsil naziri Misir Mərdanov “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Çaykovski, HP şirkətinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, “İntel”in Orta Asiya və Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Murad İbrahimov və “Ultra” şirkətinin prezideni Tahir Mirkişilini qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2008-2012-ci illərdə İKT üzrə Dövlət Proqramına dair məsələlər müzakirə edilib. Azərbaycanın təhsil müəssisələrinin kompüterləşməsi təşəbbüsündə yaxından əməkdaşlıq edən şirkətlərin bu addımını müsbət qiymətləndirən M. Mərdanov deyib ki, İKT proqramının yerinə yetirilməsi ilə bağlı ayrılacaq vəsaitlə əlaqədar Nazirlər Kabineti və Maliyyə Nazirliyi ilə danışıqlar aparılacaq. Nazir əlavə edib ki, proqramın gerçəkləşməsində əsas çətinlik Azərbaycan hökumətinin üzərinə düşür. Ona görə bu işdə beynəlxalq təşkilatların yardımına ehtiyac var. Təhsil naziri proqrama əsasən, bütün orta məktəblərin kompüterləşməsi, İnternetlə təmin olunması və müəllimlər üçün treninqlərin təşkili prosesinin mərhələli şəkildə həyata keçiriləcəyini bildirib. Eyni zamanda İnternet şəbəkəsinə qoşulmuş məktəblərdə kompüter sistemində informasiyanın tənzimlənməsi üçün Məlumat Mərkəzinin, eləcə də təhsil portalının yaradılmasını vacib işlərdən biri kimi qeyd edib. Müzakirələrdə ilkin mərhələdə ölkənin böyük şəhərlərinin, sonrakı mərhələdə isə rayon və ucqar kənd məktəblərində kompüter texnologiyasının tətbiqi qərara alınıb. Nazir bu şirkətlərin təmənnasız olaraq Azərbaycanda 2 pilot elektron məktəbi yaratmaq təşəbbüsünü də müsbət qarşılayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR