Bank Of Baku

Quduzluğa yoluxma faktının artması ilə bağlı Dövlət Baytarlıq Xidməti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında fikir ayrılığı var

Quduzluğa yoluxma faktının artması ilə bağlı Dövlət Baytarlıq Xidməti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında fikir ayrılığı var
# 21 avqust 2007 14:41 (UTC +04:00)
“Son vaxtlar rayonlarda heyvanların insanlara hücumlarının artmasının iki əsas səbəbi var. Onlardan biri vəhşi heyvanların sayının artması, digəri isə işğal altında olan ərazilərdə ermənilərin törətdiyi yanğınlar nəticəsində heyvanların Azərbaycanın digər ərazilərinə axınıdır. Bu heyvanlar əraziyə gəldikdən sonra digər heyvanları da quduzluğa yoluxdururlar”. Bu sözləri APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y.Xanvəli vəhşi heyvanların sayının azaldılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq tədbirlər görməli olduğunu da söyləyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiətin mühafizə siyasəti şöbəsinin sektor müdiri Sədaqət Məmmədova isə APA-ya açıqlamasında quduzluq hallarının artımının vəhşi heyvanların sayının artımı ilə əlaqəli olmadığını deyib: “Nadir və nəsli kəsilməkdə olan məməli heyvanların və quşların sayının artımı onların arealının genişlənməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin artması ilə izah olunur. İşğal olunmuş ərazilərdə baş verən yanğınlar nəticəsində bəzi heyvanların digər ərazilərə keçməsi mümkündür. Amma vəhşi heyvanların sayının artmasının quduzluğa yoluxma faktının artması ilə əlaqəsi yoxdur. Quduzluq virusdur”. S. Məmmədova deyib ki, Dövlət Baytarlıq Xidməti ərazilərdə quduzluq faktının olduğunu təsdiqlədikdən sonra nazirlik müəyyən tədbirlər görür. Nazirlik artıq son dövrlərdə çaqqalların insanlara hücumunun qeydə alındığı Xaçmaz rayonun Qədeşoba kəndində və ona yaxın kəndlərdə həvəskar ovçulardan ibarət qruplar təşkil edib və bir necə baş çaqqal ovlayıb. Hazırda digər vəhşi heyvanların ovlanmadığını deyən S. Məmmədova bunu insanların yalnız çaqqalların hücumuna məruz qalması ilə əlaqələndirib: “Çaqqalların quduzluq yaya bilməsi faktı nəzərə alınaraq, onlara qarşı mübarizə tədbirləri görülməyə başlanılıb. Hazırda Xaçmazda yalnız çaqqallar ovlanır. Çünki burada insanlar çaqqalların hücumuna məruz qalıb, ən çox da çaqqalların artımı müşahidə edilir. DBX quduzluq xəstəliyinin faktını aşkar etdiyi halda, analoji tədbirlər digər ərazilərdə də həyata keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR