Bank Of Baku

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin əsassız təyini ilə əlaqədar Respublika Prokurorluğuna yeni materiallar təqdim edib

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin əsassız təyini ilə əlaqədar Respublika Prokurorluğuna yeni materiallar təqdim edib
# 21 avqust 2007 15:32 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin əsassız təyini ilə əlaqədar dövlət büdcəsində dəyən ziyanın bərpası məqsədilə Respublika Prokurorluğuna yeni materiallar təqdim edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tibbi-Sosial Ekspertiza Mərkəzində 2003-2005-ci illər ərzində əlilliyin müəyyən edilməsi üzrə təqdim olunmuş tibbi sənədlər əsasında əlillik dərəcələrinin verilməsi yoxlanılıb və bır sıra ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb. Məlum olub ki, reabilitasiyası mümkün olan 154 nəfər vətəndaşa əsassız olaraq, pensiya təyinatı verilib, 8 nəfərə isə əlilliyin təyini meyarlarına uyğun gəlmədiyi halda əlillik dərəcəsi təyin edilib. Bundan əlavə, bır sıra vətəndaşlara tibbi sənədlər verilmədiyi halda, uşaqlıqdan əlillik səbəbi ilə müavinətlər təyin edilib. Eyni zamanda, pulsuz nəqliyyat vasitələrinin verilməsinə hüququ olmayan vətəndaşlar əsassız olaraq, növbəyə götürülüb, nəqliyyat vasitələri ilə təmin edilmədikləri üçün onlara hər il qanunda nəzərdə tutulan məbləğdə kompensasiya verilib. Nəticədə dövlət büdcəsindən əsassız ödənişlərin aparılmasına şərait yaradılıb./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR