Bank Of Baku

Gürcüstandan olan soydaşlarımızın Azərbaycana miqrasiyasına həsr olunmuş “Azərbaycana miqrasiya” adlı tədbir keçirilib

Gürcüstandan olan soydaşlarımızın Azərbaycana miqrasiyasına həsr olunmuş “Azərbaycana miqrasiya” adlı tədbir keçirilib
# 22 avqust 2007 10:04 (UTC +04:00)
Bu gün Gürcüstandan olan soydaşlarımızın Azərbaycana miqrasiyasına, bu prosesə Azərbaycan hökumətinin, Milli Məclisin, QHT-lərin və beynəlxalq təşkilatların münasibətinə həsr olunmuş “Azərbaycana miqrasiya” adlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev açıb. Vətəndaşlığı olmayan şəxslərlə bağlı statistikanın gizlədildiyini qeyd edən Ə. Əliyev bu günə kimi gürcüstanlı soydaşlarımızın neçəsinə bu statusun verildiyini öyrənə bilməyib: “Azərbaycan miqrasiya xidməti əsassız olaraq Gürcüstandan olan soydaşlarımıza vətəndaşlığı olmayan şəxs statusu verir, bu isə onların Azərbaycana axınını gücləndirir. İrandan gələn soydaşımız dərhal deportasiya olunur, amma Gürcüstanda yaşayan azərbaycanlılarla belə rəftar olunmur, onlara vətəndaşlığı olmayan şəxs statusu verilir”. Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin çox olduğunu vurğulayan QHT rəhbərinin fikrincə, onlarla bağlı ayrıca dövlət proqramı hazırlanmalıdır. Dünyanın bütün ölkələrinin miqrasiya ilə bağlı şərtləri sərtləşdirdiyini qeyd edən Ə. Əliyev Azərbaycan hökumətinin bu şərtləri sərtləşdirdiyini, amma gürcüstanlılara qarşı sərtləşmənin aparılmadığından narazılıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR