Bank Of Baku

Rəssamlar və Bəstəkarlar ittifaqları yaradıcı şəxslərə təqaüd verilməsi ilə bağlı siyahını hələ təqdim etməyiblər

Rəssamlar və Bəstəkarlar ittifaqları yaradıcı şəxslərə təqaüd verilməsi ilə bağlı siyahını hələ təqdim etməyiblər
# 22 avqust 2007 13:38 (UTC +04:00)
“Biz Azərbaycan prezidentinin yaradıcı şəxslərə bir illik təqaüdlərin verilməsi ilə bağlı sərəncamından sonra siyahını təqdim etmək üçün hazırlayırıq. Siyahını avqustun sonlarında Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcəyik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov deyib. Onun sözlərinə görə, siyahıda adları olacaq rəssamlar yaradıcılıq fəaliyyətlərinə görə seçiləcək. Rəssamlar İttifaqının müəyyən etdiyi siyahıda yaş kateqoriyasına əsasən, 20 nəfər gənc, 50 nəfər yaşlı rəssamın adı olacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bu siyahının artıq hazır olduğunu deyib: “Təqaüd məsələsində fərdi yanaşmağa çalışmışıq. Bu siyahıda adı olan bəstəkar və musiqişünasların yaradıcılıq işindən başqa, məişət imkanları, yaşayış şəraitləri, sağlıq durumları da nəzərə alınıb”. Artıq məsələnin dəfələrlə katiblikdə və İdarə Heyətində müzakirə edildiyini bildirən ittifaq sədri siyahını sentyabrın sonuna kimi təsdiq edəcəklərini deyib. F.Əlizadə onu da qeyd edib ki, siyahıya 10 nəfər 40 yaşına qədər, 30 nəfər isə 40-80 yaşlı bəstəkarın adı daxil edilib.
Qeyd edək ki, Yazıçılar Birliyinin katibi Fikrət Qoca 70 nəfərdən ibarət siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiklərini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR