Bank Of Baku

Yaxın günlərdə Azərbaycana Rusiyadan BE-200 təyyarəsi gətiriləcək

Yaxın günlərdə Azərbaycana Rusiyadan BE-200 təyyarəsi gətiriləcək
# 22 avqust 2007 13:59 (UTC +04:00)
Avqust ayının sonunadək Rusiyadan Azərbaycana BE-200 təyyarəsinin gətiriləcəyi gözlənilir. Bu barədə APA-ya Rusiya Fövqaladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr Departametindən məlumat verilib.
Departamentdən həmçinin bildirilib ki, bununla yanaşı Rusiyadan ölkəmizə digər zəruri texnikanın gətirilməsi planlaşdırılır.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin qeyd edib ki, iki ölkənin Fövqaladə Hallar nazirlikləri arasında əlaqələr yüksək səviyyədə inkişaf edir və RF daim respublikaya müxtəlif avadanlıqlar göndərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR