Bank Of Baku

“Dövlət məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçiriləcək

“Dövlət məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçiriləcək
# 22 avqust 2007 15:05 (UTC +04:00)
Avqustun 24-də Bakı Regional Peşə Tədrisi Mərkəzində “Dövlət məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idarə və təşkilatların, xüsusilə özəl sektora aid müəssisələrin dəvət olunduğu tədbirdə müasir əmək bazarında işçi qüvvəsinə tələbatla bağlı mövcud vəziyyət müzakirə ediləcək. Eyni zamanda bu tələbata uyun olaraq, ölkədə işsiz və iş axtaran vətəndaşların əmək potensialının keyfiyyətcə yüksəldilməsi, onların əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat veriləcək, müəssisələrdə bu və ya digər peşələr üzrə keyfiyyətli işçi qüvvəsinə yaranan tələbin ödənilməsi sahəsində Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı istiqamətində təşkil etdiyi tədbirlərdən istifadə imkanları işəgötürənlərin diqqətinə çatdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR