Bank Of Baku

Xaçmazda keçirilən əmək yarmarkasında 36 müəssisə iştirak edib

Xaçmazda keçirilən əmək yarmarkasında 36 müəssisə iştirak edib
# 23 avqust 2007 11:30 (UTC +04:00)
Xaçmazda keçirilən əmək yarmarkasında 36 müəssisə iştirak edib. APA-nın şimal bürosuna Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, əmək yarmarkasında iştirak edənlərə 36 dövlət və qeyri-dövlət sektorundan 452 iş yeri təklif olunub. Xaçmaz rayon Məşğulluq Mərkəzinin təşəbbüsü ilə keçirilən yarmarkada 400 nəfərə yaxın vətəndaş iştirak edib, 67 nəfərə müxtəlif sahələrdə çalışmaq üçün göndərişlər verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR