Bank Of Baku

Azərbaycanda “Qafqaz haqqında əfsanə” Yay Universiteti adlı kurslar keçiriləcək

Azərbaycanda “Qafqaz haqqında əfsanə” Yay Universiteti adlı kurslar keçiriləcək
# 23 avqust 2007 14:59 (UTC +04:00)
Avropa Tələbə Forumunun təşkilatçılığı ilə Azərbaycanda avqustun 21-dən 28-dək “Qafqaz haqqında əfsanə” Yay Universiteti adlı kurslar keçiriləcək. Avropa Tələbə Forumun Bakı İctimai Birliyindən APA-ya verilən məlumata görə, Avropanın 22 ölkəsindən kurslara qatılan gənclər Azərbaycanın incəsənəti, tarixi, dili və təbiəti haqda məlumat veriləcək. Yay Universitetinin tələbələrinə kurslar Azərbaycandan olan könüllülər tərəfindən aparılacaq. Həmçinin layihə çərçivəsində Bakının muzeyləri və kinoteatrları ilə tanışlıq, Şəki və Quba rayonlarına səfərlər və tarixi yerlərə ekskursiya aiddir. Qeyd edək ki, Avropa Tələbələri Forumu Avropanın ən böyük tələbə təşkilatlarından biridir. Təşkilat Avropanın 40 ölkəsinin 241 şəhərindən olan 15 min tələbəni özündə birləşdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR