Bank Of Baku

Misir Mərdanov: “Yataqxanalarda məskunlaşan köçkünləri zorla çıxartmaq fikrində deyilik”

Misir Mərdanov: “Yataqxanalarda məskunlaşan köçkünləri zorla çıxartmaq fikrində deyilik”
# 24 avqust 2007 11:32 (UTC +04:00)
Bizim ali məktəblərin yataqxanaları məcburi köçkünlər tərəfindən tutulub. Onlar bizim vətəndaşlarımızdır və biz onları bu gün oradan zorla çıxartmaq fikrində deyilik”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Bununla belə, nazir ümid edir ki, dövlət proqramı çərçivəsində köçkünlər üçün yeni qəsəbələr tikildikdən sonra yataqxanalar təmir oluna bilər. Bu da həm azərbaycanlı, həm də xarici tələbələrin yataqxana probleminin həllinə imkan verər. Nazir hələlik yeni yataqxanaların tikintisinin nəzərdə tutulmadığını da söyləyib. M. Mərdanovun sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlıların ilk problemi maliyyə ilə bağlıdır: “Bir çox xarici ölkələrdə təhsil pulludur. Maddi problemin həlli üçün Azərbaycan hökuməti tədbir görür. Dövlət başçısının xaricdə təhsil ilə bağlı imzaladığı proqram bu istiqamətdə atılan addımdır”. M. Mərdanov əlavə edib ki, xaricdə təhsil almaq üçün yalnız Azərbaycanın çox böyük ehtiyacı olan ixtisaslar üzrə tələbələr göndərilir: “1990-cı illərin əvvəllərində Türkiyə ilə xoş münasibətlərin nəticəsi olaraq 1 ildə 1000 azərbaycanlı tələbə həmin ölkəyə göndərilib. Ancaq sonra biz bunun acı nəticələrini görürük. İndi bu işi tənzimlənmək üçün Türkiyə hökuməti hər il Azərbaycan üçün 150 təqaüd ayırır. Onların arasında bakalavr, magistr və digər pillələr üzrə gedənlər var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR