Bank Of Baku

Azərbaycanda peşə hazırlığı kursları aktivləşir

Azərbaycanda peşə hazırlığı kursları aktivləşir
# 24 avqust 2007 12:49 (UTC +04:00)
Bu gün Bakı Regional Peşə Tədris Mərkəzində “Dövlət məşğulluq xidmətinin fəaliyyətində sosial əməkdaşların rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin təşkilatçısı rolunda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi çıxış edib.
APA-Economics”in verdiyi məlumata görə, tədbirdə çıxış edən Dövlət Məşğulluq Xidmətinin rəis müavini Xaliq İlyasov bildirib ki, hazırda Dövlət Xidməti ölkənin müxtəlif bölgələrində 95 peşə üzrə kurslar keçirir, Göyçay rayonunda isə yaxın vaxtlarda Regional Tədris Mərkəzi açılacaq: “Böyük nailiyyətlərimizdən biri onunla bağlıdır ki, 2007-ci il avqustun 1-də Azərbaycan Dövlət Məşğulluq Xidməti Ümumdünya Məşğulluq Assosiasiyasına üzv olub”.
X.İlyasovun sözlərinə görə, cari ilin yanvar-iyul aylarında Bakıda Dövlət Məşğulluq Xidmətinə 6415 nəfər rəsmən müraciət edib və bunların 2910-u işlə təmin olunub. Onlardan isə öz növbəsində 313 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.
Hesabat dövründə respublika üzrə 24 əmək yarmarkası keçirilib və bunun nəticəsində 2055 nəfər işlə təmin olunub. Əmək birjaları vasitəsi ilə isə 2137 şəxs müvəqqəti işlə təmin edilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR