Bank Of Baku

Naxçıvanda ev kirayəsi üçün qiymətlər 2 dəfə artıb

Naxçıvanda ev kirayəsi üçün qiymətlər 2 dəfə artıb
# 24 avqust 2007 12:58 (UTC +04:00)
Naxçıvanda son bir ayda ev kirayəsi üçün qiymətlər 2 dəfəyədək artıb. APA-nın Naxçıvan bürosunun apardığı araşdırmanın nəticələrinə görə, buna səbəb şəhər ərazisində kirayə evlərin əksəriyyətindən istifadədə olması ilə əlaqədar ev qıtlığının yaranmasıdır. Artıq evlərin alqı-satqı və kirayə bürolarından kirayə ev tapmaq müşkül məsələyə çevrilib. Tək-tək hallarda tapılan evin kirayə haqqı mənzil şəraitindən asılı olmayaraq 150-200 manat arasında dəyişir. Kirayə məntəqələrindən deyirlər ki, qiymətlər heç vaxt bu səviyyədə qalxmayıb. Səbəb kimi kirayə verilən evlərin azalması göstərilir: “İndi kirayə verilən evlərin sayı azalıb. Əhali arasında əlavə daşınmaz əmlakı olanlar 17000-20000 manat dəyərində olan birotaqlı evini daha əvvəlki kimi 70-80 manata kirayə vermirlər. Ya satırlar, ya da baha qiymətə kirayə təklif edirlər”. Bürolardan onu da bildiriblər ki, kirayə ilə bağlı qiymət artımı olsa da, bu, evlərin alqı-satqı prosesində ciddi hiss olunmur.
Naxçıvan şəhərində ev kirayəsinin qiymət artımına “Duzda𔝠Müalicəvi Sanatoriyasına gələnlərin çoxluğu da əhəmiyyətli təsir edib. Müalicə üçün gələnlər bir çox hallarda ev kirayələyir və 10-15 gün qalmaqla ikiqat məbləğ ödəyirlər. Əlavə edək ki, Naxçıvan MR-in paytaxtında ev kirayəsi haqqı üçün qiymətlər indiyədək 50-90 manat arasında dəyişirdi. Hazırda mövcud qiymətlər 80-170 manatdır. Sentyabrın əvvəllərində tələbələrin gəlişinin təkrar qiymət artımına səbəb olacağı istisna edilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR