Bank Of Baku

Naxçıvanda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib

Naxçıvanda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib
# 25 avqust 2007 08:38 (UTC +04:00)
Naxçıvanda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, budəfəki yarmarkaya 20 tondan artıq məhsul çıxarılıb. Satış bazarında kənd təsərrüfatı məhsulları ilə yanaşı, yerli müəssisələrin məhsulları təqdim olunub. Yarmarkada satış qiymətlərinə gəlincə, məhsullar satış bazarından 40-60% ucuz satılır. Yarmarkaya nəzarət prosesi Naxçıvan MR Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə Dövlət Agentliyinin nümayəndələri həyata keçirir. Yarmarka sabah da davam edəcək. Qeyd edək ki, kənd təsərrüfatı məhsulları yarmarkası ayrı-ayrı müəyyənləşdirilmiş günlərdə MR-in bütün bölgələrində təşkil olunur. Yarmarkanın noyabrın sonunadək təşkili nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR