Bank Of Baku

Lerikdə bir neçə ərazi icra nümayəndəsi işdən azad edilib

Lerikdə bir neçə ərazi icra nümayəndəsi işdən azad edilib
# 25 avqust 2007 09:26 (UTC +04:00)
Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun sərəncamı ilə işdə yol verdikləri nöqsanlara görə bir neçə ərazi icra nümayəndəsi tutduqları vəzifədən azad edilib. RİH aparatından APA-nın Cənub bürosuna bildirilib ki, Rövşən Bağırovun digər sərəncamları ilə Xanlar Həmidov Çayrud, Nəbi Mirzəyev Şingədulan, Mahir Surətov Piran, Mirabbas Yaqubov Noda kənd ərazi vahidlikləri üzrə rayon icra hakimiyyəti başçısının nümayəndəsi təyin olunublar. Digər sərəncamla Əfsər Həmidov Lerik rayon Kommunal Müəssisələri Birliyinin direktoru təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR