Bank Of Baku

Lənkəranda “Narkomaniya və zərərin azaldılması” mövzusunda seminar keçirilib

Lənkəranda “Narkomaniya və zərərin azaldılması” mövzusunda seminar keçirilib
# 25 avqust 2007 09:27 (UTC +04:00)
Lənkəranda “Narkomaniya və zərərin azaldılması” mövzusunda seminar keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, “Hüquqi Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Lənkəran rayonunda narkomaniya və zərərin azaldılması üzrə Hüquq Klinikasının təşkili” layihəsi çərçivəsində reallaşan tədbirdə rayonda fəaliyyət göstərən QHT nümayəndələri iştirak ediblər. Seminarda HİV/AİDS sahəsində advokasi, onun əsas prinsipləri və metodları barəsində söhbət gedib, narkomaniyaya mübtəla olan şəxslərə tolerant münasibət göstərilməsinin vacibliyi dönə-dönə qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR