Bank Of Baku

Naxçıvan Muxtar Respublikasından Bakıya əhalinin təyyarə ilə gediş-gəlişində ciddi problem yaranıb

Naxçıvan Muxtar Respublikasından Bakıya əhalinin təyyarə ilə gediş-gəlişində ciddi problem yaranıb
# 25 avqust 2007 10:16 (UTC +04:00)
Naxçıvan Hava Limanın əməkdaşlarından birinin APA-ya verdiyi məlumata görə, bu gün Muxtar Respublikanın aeroportunda Bakıya gəlmək istəyən yüzlərlə sərnişin gözləyir. Buna səbəb isə son 3 gün ərzində Naxçıvan MR-ə əlavə reyslərin ayrılmamasıdır.
AZAL Dövlət Konserninin məlumat bürosundan məlumat vermək istəməsələr də, kassadan APA-ya faktı təsdiqləyiblər. Kassadan bildirilib ki, eyni vəziyyət Binə Hava Limanında da yaranıb. Naxçıvana getmək istəyən şəxslərin burda gözlədiklərini deyən əməkdaş Muxtar Respublika ilə Bakı arasında gün ərzində 6 reys fəaliyyət göstərdiyini bildirib: “Həmin reyslər yenə də fəaliyyətini davam etdirir. Amma gedib-gələnlərin sayı artdığından əlavə reyslərə təlabat var. Əlavə reyslər isə ayrılmayıb. Buna görə də kassaların qarşısında bilet tələb edən uzun növbələr var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR