Bank Of Baku

Bu il Xanlarda 14 kilometr kanalizasiya xətti çəkiləcək

Bu il Xanlarda 14 kilometr kanalizasiya xətti çəkiləcək
# 27 avqust 2007 12:33 (UTC +04:00)
Yaxın günlərdə Xanların 28 may küçəsində yeni kanalizasiya xəttinin çəkilişinə başlanılacaq. Xanlar rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, bu il nəzərdə tutulmuş plana əsasən, Xanlar rayonunda 14 kilometrlik kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub. Bu günə kimi rayonun 5 küçəsində bu xəttin çəkilişi başa çatıb. Yaxın iki ildə isə rayon mərkəzində kanalizasiya xəttinin çəkilməsi işləri tam başa çatacaq. Qeyd edək ki, 2 əsrlik yaşı olan Xanlar rayonunda indiyədək kanalizasiya xətti olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR