Bank Of Baku

Gələn ildən Azərbaycanın İsraillə gedən repatriantlara pensiya ödəyəcəyi gözlənilir

Gələn ildən Azərbaycanın İsraillə gedən repatriantlara pensiya ödəyəcəyi gözlənilir
# 28 avqust 2007 08:53 (UTC +04:00)
APA-nın İsrail bürosunun MIGNEWS İnternet saytına istinadən verdiyi məlumata görə, bunu Knessetin deputatı, əslən Azərbaycandan olan Yosef Şaqal bəyan edib.
Bu günlərdə İsrailin Milli Sığorta İnstitutunun rəsmiləri ilə görüş keçirən Y.Şaqal Azərbaycan tərəfinin yeni repatriantlara bu ölkədən İsrailə gələn vətəndaşlara pensiyaların ödənilməsi məsələsini də müzakirə edib. İsrailli deputat qeyd edib ki, hələ ötən ilin sonunda o, İsrailin Azərbaycandakı səfiri Artur Lenklə birlikdə “Azərbaycandan olan repatriantlar üçün pensiyalar” adlı layihənin hazırlanması təşəbbüsü ilə çıxış ediblər.
Bu ilin oktyabrın 29-da İsrail Milli Sığorta İnstitutunun nümayəndə heyəti Bakıya səfər edəcək və bu məsələ ilə bağlı Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri ilə görüşəcək. Deputatın fikrincə, İsrail Milli Sığorta İnstitutunun nümayəndə heyəti azərbaycanlı həmkarları ilə görüş zamanı pensiyaların ödəniş texnikasını müzakirə etməli və hər iki tərəfi qane edəcək qarşılıqlı fəaliyyət üzrə vahid mexanizm hazırlamalıdır: “Əgər danışıqlar hazırkı templə davam edərsə, bu halda artıq gələn il Azərbaycandan israilə gələn repatriantları xoş xəbərlər gözləyir. Eyni zamanda, əminəm ki, bununla Azərbaycan on illiklərlə respublikanın rifahı üçün çalışan insanlara xoş münasibətini nümayiş etdirəcək”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR