Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti büdcə təşkilatlarında çalışmış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar imzalayıb

Azərbaycan Nazirlər Kabineti büdcə təşkilatlarında çalışmış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar imzalayıb
# 28 avqust 2007 12:48 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar qəbul edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli qərarının 2-ci bəndinin müddəti 2008-ci il yanvarın 1-dək uzadılıb.
Həmçinin, Azərbaycanın Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tabeliklərində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi, görülmüş işlər barədə hesabatı, işlə təmin olunmuş məcburi köçkünlərin bu qərarla müəyyənləşdirilmiş forma üzrə adlı siyahısını ayda bir dəfə Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Qeyd edək ki, bu qərar 2007-ci il iyulun 1-dən qüvvəyə minib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR